...

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişikliklər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2016 11:53 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri vəzifəsini icra edən Xalid Əhədov Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasına daxil edilib
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişikliklər olub

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri vəzifəsini icra edən Xalid Əhədov Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasına daxil edilib.

Trend bu barədə Fondun saytına istinadən məlumat verir.

Məlumata görə, o, Şurada ABB-nin İdarə heyətinin sədr müavini Elmir Həbibullayevi əvəz edib.

Qeyd edək ki, E.Həbibullayev ADIF Müşahidə Şurasına ötən həftə daxil edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti