...

Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2017 10:52 (UTC +04:00)
Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.
Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Bakı. Trend:

Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.

Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 17-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.

Biznes-forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən Çexiya şirkətlərinin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti