...

“TBC Kredit”in istiqrazlarının buraxılışı qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2017 17:14 (UTC +04:00)
“TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin istiqrazlarının buraxılışı qeydiyyata alınıb.
“TBC Kredit”in istiqrazlarının buraxılışı qeydiyyata alınıb

Bakı. Trend:

“TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin istiqrazlarının buraxılışı qeydiyyata alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, palata tərəfindən “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 10 000 (on min) ədəd faizli, təmin edilməmiş istiqrazların buraxışılı AZ2003019166 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 15%, tədavül müddəti 2 ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti