...

"Moody`s" "Xalq" Bankın reytinq üzrə proqnozunu sabit saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2017 16:51 (UTC +04:00)

Bakı. Trend:

"Moody’s İnvestors Service" beynəlxalq reytinq agentliyi “Xalq” Bankın uzunmüddətli öhdəliklər reytinqini B2, proqnozu neqativ səviyyəsində saxlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, əlavə olaraq bankın qarşı tərəf riskinin dəyərləndirilməsi eyni səviyyədə təsdiqlənərək dəyişməz qalıb - B1(cr) / Not Prime(cr).

Perspektivləri dəyərləndirən "Moody’s" təhlilçiləri bəyan ediblər ki, "Xalq" Bankın reytinqinin təsdiqlənməsi bankın bazardakı güclü mövqeyi, sabit depozit bazası, gəlirliliyi, aktivlərin keyfiyyəti və yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır.

2011-ci ildən başlayaraq "Xalq" Bank 2Moody`s İnvestors Service" beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti