...

Nazir: Son 3 ayda Azərbaycana 544 mindən çox əcnəbi gəlib (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2017 15:43 (UTC +04:00)
Bu ilin yanvar-mart ayları ərzində ərzində Azərbaycana 544 mindən çox əcnəbi gəlib.
Nazir: Son 3 ayda Azərbaycana 544 mindən çox əcnəbi gəlib (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar-mart ayları ərzində ərzində Azərbaycana 544 mindən çox əcnəbi gəlib.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz çoxdur: "Bu, kifayət qədər böyük rəqəmdir. Biz çoxdan idi ki, belə göstərici əldə etməmişdik. Bu rəqəmlərin əldə edilməsi dünyada çox nadir haldır. Ümumiyyətlə, bu gün dünya turizminin inkişaf tempi 4-6 faizdir".

Ə.Qarayev qeyd edib ki, ölkə Prezidentinin viza rejiminin sadələşdirilməsi və turizm sahəsi üzrə digər sərəncamları, eyni zamanda, bu il Novruz bayramı günlərində keçirilən zəngin tədbirlərin cəlbediciiyi turistlərin sayının artmasına səbəb olub.

Nazirin sözlərinə görə, yalnız Novruz bayramı günlərində Azərbaycana İrandan 65 mindən çox insan gəlib: "Bu, kifayət qədər ümidverici rəqəmdir".

O bildirib ki, proqnozlara görə Azərbaycan turizminin 2025-ci ilə kimi ÜDM-də 8% payı olacaq.

Ə.Qarayev deyib ki, hazırda Azərbaycan turizminin ÜDM-də 4%-dən artıq payı var. Nazir bunu kifayət qədər böyük rəqəm saydığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti