...

"Azsığorta" iri həcmli sığorta ödənişi edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2017 10:08 (UTC +04:00)

Bakı. Trend:

"Azsığorta" şirkəti tərəfindən iri həcmli sığorta ödənişi həyata keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Azsığorta" “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

Ağsu rayonunun Ziya Bünyadov küçəsində yerləşən yaşayış evlərinin birində elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yanğın baş verib. "Azsığorta" şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, zərərçəkənə 40 900 manat məbləğində sığorta ödənişi verib.

Qeyd edək ki, bu ilin fevral ayında da "Azsığorta" şirkəti tərəfindən iri miqyaslı sığorta ödənişi həyata keçirilib. Dərman anbarlarının birində baş verən yanğın nəticəsində əmlaka dəymiş zərərə görə sığortalıya 300 000 manat həcmində sığorta ödənişi həyata keçirilib.

"Azsığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. "Fitch" beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti