...

Azərbaycana kreditorların hüquqlarının müdafiəsi haqqında qanun lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2017 13:48 (UTC +04:00)
Azərbaycanda kreditorların hüquqlarının müdafiəsi haqqında qanun qəbul etmək lazımdır.
Azərbaycana kreditorların hüquqlarının müdafiəsi haqqında qanun lazımdır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda kreditorların hüquqlarının müdafiəsi haqqında qanun qəbul etmək lazımdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu gün banklar tərəfindən qəbul olunan depozitlər üzrə faiz dərəcələri çox yüksəkdir, bu isə kredit dərəcələrində özünü göstərir:

“Xüsusilə, bu manat depozitlərinə aiddir (15 faiz). Buna risk marjası və bank xərclərinə də əlavə etsək, banklar tərəfindən verilən kreditlərin faiz dərəcəsi 24-25 faizə çatır. Ona görə də kiçik və orta sahibkarlığa, hətta iri biznesə bu cür faiz dərəcələri ilə borc almaq çətinləşir. Qeyd olunan qanunun qəbul olunması ölkədə kreditləşmənin inkişafına xidmət edə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti