Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Milli Məclisin plenar iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib.
Trend-in məlumatına görə, millət vəkilləri qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabata münasibətlərini bildiriblər.
Müzakirələrdən sonra "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və illik hesabat səsə qoyularaq qəbul edilib.