Bakı. Ənvər Məmmədov - Trend:
Anar Bayramov "AFB Bank"ın yeni baş direktoru təyin edilib.
Trend-in məlumatına görə, A.Bayramov daha öncə "Yapi Kredi Bank Azerbaijan"da işləyib.
Beləliklə hazırda "AFB Bank" baş direktorların sayı 3-ə çatıb: A.Bayramovdan başqa, Aynur Şirinova və Lalə Quliyeva.
Qeyd edək ki, "AFB Bank" Azərbaycanın bank sektorunda 2009-cu ildən fəaliyyət göstərir.