Bakı. Trend:
Bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.