...

"Xalq Bank kartı ilə odəniş qazanclıdır" lotereyasının 9-cu tirajı keçirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2017 11:34 (UTC +04:00)
"Xalq Bank kartı ilə odəniş qazanclıdır" lotereyasının 9-cu tirajı keçirildi

Bakı. Trend:

İyulun 4-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 9-cu tirajı keçirildi.

9-cu tirajın qalibləri – son həftə ərzində 22 bilet toplayan Mustafayev Muxtar Nağı oğlu, 21 biletlə Akifli Rüfət Akif oğlu və 17 biletlə Nəsirov Pərviz Abbas oğlu Xalq Bank tərəfindən Cinema Plus kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə qazandılar. İyun ayının təsadüfi seçim nəticəsində müəyyən edilmiş qalibləri: Baxşiyev Rövşən Babala oğlu (bilet nömrəsi 155552) “Sakit Göl Hotel Şamaxı” tətil və istirahət məkanına istirahət kuponu, Səfərova Natəvan Namaz qızı (bilet nömrəsi 138317) isə 500 AZN-lik “Xarici ölkəyə səyahət” kuponuna sahibləndilər.

Məlumat üçün bildirmək istərdik ki, cari ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı bankın http://www.xalqbank.az/az/online-services/orders/loto/ rəsmi internet səhifəsində ala bilər.

Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.

Lotereyanın 10-cu tirajı iyulun 11-də keçiriləcək və 10-cu tirajda "Cinema Plus" kinoteatrlarına biletlər oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti