...

"AtaBank"ın yeni şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2017 12:34 (UTC +04:00)
"AtaBank"ın yeni istifadəyə verilmiş şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir.
"AtaBank"ın yeni şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir

Bakı. Trend:

“AtaBank” ASC-nin şəhərin mərkəzində, "28 May" metro stansiyasının yaxınlığında, Puşkin küçəsində fəaliyyət göstərən "Sahil" şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları ilə seçilir.

Burada Siz ABŞ dolları, avro, ingilis funt sterlinqi, İsveçrə frankı, rus rublu, türk lirəsi, gürcü larisi, BƏƏ dirhəmi, Səudiyyə Ərəbistanı rialı, İran rialı, yapon yeni, Qazaxıstan tengəsi kimi valyuta-mübadilə əməliyyatları edə bilərsiniz.

Bundan əlavə, müştərilərin rahatlığını düşünərək, yeni istifadəyə verilmiş "Sahil" şöbəsi artıq valyuta-mübadilə əməliyyatlarını şənbə günləridə həyata keçirməyə imkan yaradacaq. "Sahil" şöbəsi bazar ertəsindən şənbə günü daxil olmaqla saat 09:00-dan 18:00-dək müştərilərin xidmətindədir.

Valyuta məzənnələri ilə bağlı məlumatlar və digər suallar üçün əlaqə nömrəsi: (012) 136

"AtaBank"ın yeni istifadəyə verilmiş "Sahil" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti