Bakı. Trend:
"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
EUR/USD məzənnəsi keçən həftə ərzində 1.1837$-a kimi 2% ucuzlaşdıqdan sonra 1.3% bahalaşıb. Lakin 1.20$-ın altında qalan məzənnə, yenidən 1.1837$-a kimi ucuzlaşarsa, əlavə olaraq 1.1732$ və 1.1671$-a kimi də ucuzlaşa bilər.
Eyni zamanda, çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının (FED) faiz qərarı da, bu həftə məzənnəyə güclü təsir edəcək hadisələr arasındadır. Cümə axşamı saat 13:30 və 17:30-da baş tutacaq Piter Praet və Mario Draqinin Avropa Mərkəzi Bankının ümumi iclasında çıxışları da, investorlar tərəfindən böyük maraqla gözlənilir.
GBP
İngiltərə maliyyə bazarlarında isə GBP/USD məzənnəsi sentyabr ayının əvvəlindən etibarən 1.3616$-a kimi 5.5% bahalaşıb və valyuta cütlüyü üzrə qiymətin 1.3739$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Bu həftə İngiltərədə də önəmli şəxslərin çıxışları dünya birjaları iştirakçılarının diqqət mərkəzindədir. Belə ki, bu gün saat 19:00-da İngiltərə Mərkəzi Bankının sədri Mark Karneyin və cümə günü baş nazir Tereza Meyin çıxışları baş tutacaq.
TRY
Türkiyə valyuta bazarlarında da Türk lirəsi keçən həftə ərzində 3.48TL-ə kimi 2.7% ucuzlaşdıqdan sonra 1.7% korreksiya edib. Hal-hazırda 3.44TL-ə ticarət edilən USD/TRY məzənnəsi, yenidən 3.48TL-ə kimi bahalaşarsa, 3.51TL-ə kimi də bahalaşa bilər.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə 55.87$-a kimi dəyər qazandıqdan sonra 54.74$-a kimi ucuzlaşıb. Qiymətin texniki mənzərəsi üzrə təhlillər isə onu göstərir ki, qiymət 55.60$-ın üzərində möhkəmlənərsə, gələcək günlər ərzində 56.63$ və 57.43$-a kimi də dəyər qazana bilər.
GOLD
Əlvan metallar bazarlarında qızıl qiymətləri bazar ertəsi səhər sessiyasında 1314$-a (42.2 $/qram) ticarət edilib. Maliyyə bazarlarında isə qızılın bir unsiya üzrə qiymətinin 1320$-ın altında qaldıqca, 1308$ (42.0 $/qram) və 1292$-a (41.4 $/qram) kimi də dəyər itirəcəyi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi:
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.