...

Azərbaycan neftinin SON QİYMƏTİ - 59 dollara çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2017 23:24 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 58,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 58,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 20-də 54,24 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 20-də 57,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti