...

Nazir: Beynəlxalq Bankın heç bir əmanətçisi zərər görməyib (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2017 13:47 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının heç bir əmanətçisi bankın sağlamlaşdırılması proseduru nəticəsində zərər görməyib.
Nazir: Beynəlxalq Bankın heç bir əmanətçisi zərər görməyib (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Beynəlxalq Bankının heç bir əmanətçisi bankın sağlamlaşdırılması proseduru nəticəsində zərər görməyib.

Trend-in məlumatına görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin 5 komitəsinin birgə iclasında 2018-ci il dövlət büdcəsi və icmal büdcə layihələrinin müzakirələri çərçivəsində deyib.

O qeyd edib: “Elə təəssürat yaranır ki, sanki dövlətin bütün pulları Beynəlxalq Bankın xarici kreditorlar qarşısında borcların ödənişinə gedir. Bu belə deyil. ABB kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməli idi, əks halda defolt elan olunacaqdı. Bankın öhdəliklərini üzərinə götürməklə dövlət yeganə düzgün yolu seçdi. Bu, xarici borcun 2,4 milyard dollar artmasına gətirib çıxarsa da, həyata keçirilən tədbirlər sayəsində bankın vəziyyəti yaxşılaşıb və hazırda bank normal rejimdə fəaliyyətini davam etdirə bilər”.

S.Şərifov həmçinin əlavə edib ki, son 12 il ərzində Azərbaycanın bank sektoru ilk dəfə böhranla üzləşib: “Qonşularımızda da bu gün eyni problemlər yaşanır. Qazaxıstan 2008-ci ildə başlamış bank böhranının öhdəsindən hələ də gələ bilmir, Rusiyada isə ölkənin dördüncü ən iri bankı bağlandı. Demək olmaz ki, biz bu sektorun bütün problemlərini həll etmişik, amma biz bunun üzərində işləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti