...

Siyavuş Novruzov: Banklar illərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2017 16:35 (UTC +04:00)
Banklar vətəndaşlara mübahisəli kreditlərlə bağlı kömək etməlidirlər.
Siyavuş Novruzov: Banklar illərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər

Bakı. Elçin Mehdiyev – Trend:

Banklar vətəndaşlara mübahisəli kreditlərlə bağlı kömək etməlidirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, əhali ilə Mərkəzi Bank arasında anlaşma olsa da, ortada kommersiya bankları qazanc əldə edirlər:

"İndi həmin banklar mübahisəli kreditlərlə bağlı köməklik etməlidirlər. İllərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər. Kommersiya bankları vətəndaşların hüquqlarının qorunması istiqamətində ciddi nəzarətə alınmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti