Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda aparılan islahatlar daşınmaz əmlak sektoruna da müsbət təsir göstərib.
Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov "RecExpo" sərgisinin açılışında deyib.
K.Həsənov bildirib ki, bu islahatların tərkib hissəsi olan "RecExpo" sərgisi Azərbaycanın daşınmaz əmlak bazarında böyük canlanmaya səbəb olub.
Komitə sədri sərgidə 14 ölkədən təqribən 70 şirkətin iştirak etdiyini vurğulayıb: "Sərgidə 1500-dən çox layihə nümayiş etdiriləcək".
"Baku Expo Center"də keçirilən "RecExpo" noyabrın 30-dək davam edəcək.