...

Səfir: Trans-Avropa nəqliyyat şəbəkəsi Azərbaycan üçün yeni imkanlar yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2017 22:59 (UTC +04:00)
Trans-Avropa nəqliyyat şəbəkəsi (TEN-T) Azərbaycan üçün yeni imkanlar yaradır
Səfir: Trans-Avropa nəqliyyat şəbəkəsi Azərbaycan üçün yeni imkanlar yaradır

Bakı. Trend:

Trans-Avropa nəqliyyat şəbəkəsi (TEN-T) Azərbaycan üçün yeni imkanlar yaradır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "Euractiv"ə bildirib.

F.İsgəndərob vurğulayıb ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini "TEN-T" üzrə çox mühüm sənəd imzalayıblar: "Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsində sonra, belə bir böyük layihəni qonşu ölkələrimiz ilə birlikdə başlayaraq, biz Avropa və Asiya arasında əsas nəqliyyat qovşağı oluruq. Beləliklə, bu sənəd bizim üçün həlledici əhəmiyyətə malikdir".

Qeyd edək ki, sənəd Brüsseldə noyabrın 24-də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti