Bakı. Ənvər Məmmədov - Trend:
Milli Məclisin plenar iclasında “2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi qəbul edilib.
Trend-in məlumatına görə, gələn il ölkədə yaşayış minimumu 173 manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin göstəricisindən 11,6 faiz çoxdur.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun həcmi aşağıdakı kimi olacaq: əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat.
Qeyd edək ki, 2017-ci il üçün yaşayış minimumu 155 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat təşkil edib.