...

Ramin Quluzadə: Azərbaycan regional tranzit mərkəzinə çevrilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2017 09:54 (UTC +04:00)
Bu gün Azərbaycan həm logistika, həm də informasiya mübadiləsi sahəsində regional tranzit mərkəzinə çevrilir.
Ramin Quluzadə: Azərbaycan regional tranzit mərkəzinə çevrilir

Bakı. Hüseyn Vəliyev - Trend:

Bu gün Azərbaycan həm logistika, həm də informasiya mübadiləsi sahəsində regional tranzit mərkəzinə çevrilir.

Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "BakuTel - 2017" 23-cü Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisinin açılışında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan tranzit regional informasiya magistralının tikintisi üzrə davamlı işlər aparır: "Sərgi-konfrans çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər İKT sektorunun inkişafına öz töhfəsini verəcək".

R.Quluzadə xatırladıb ki, bu tədbir artıq 23 ildir keçirilir: "BakuTel" bu sahədə çalışan insanları birləşdirən mühüm hadisədir. Sərgi-konfrans aparıcı biznes rəhbərlərinin və mütəxəssislərin görüş yeridir. Tədbirdə bu sektorun gələcək inkişafına dair mühüm qərarlar qəbul olunur".

Nazir əlavə edib ki, sərgidə yeni startap layihələri də nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti