Bakı. Ənvər Məmmədov- Trend:
"Holcim Azerbaijan"ın səhmdarları (Qaradağ sement zavodu) Müşahidə Şurasının tərkibində dəyişiklikləri müzakirə edəcəklər.
Trend-in məlumatına görə, məsələ martın 15-də səhmdarların illik toplantısında müzakirə ediləcək.
Eyni zamanda iclasda şirkətin nizamnaməsində dəyişikliklər müzakirə ediləcək və 2017-ci ilin yekunları üzrə hesabat təsdiq olunacaq.