...

"Fitch": Azərbaycanda sosial və siyasi sabitlik davam edəcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2018 10:15 (UTC +04:00)
Azərbaycanda sosial və siyasi sabitlik davam edəcək.
"Fitch": Azərbaycanda sosial və siyasi sabitlik davam edəcək (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda sosial və siyasi sabitlik davam edəcək. Trend-in məlumatına görə, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir.

Agentlik Azərbaycan üzrə proqnozu "mənfi"dən "sabit" dərəcəsinədək yüksəldib və emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi "BB+" səviyyəsində təsdiq edilib.

Eyni zamanda, "Fitch" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi və maliyyə sabitliyinə təsir edəcək dərəcədə eskalasiyasını gözləmir.

Hesabatda qeyd olunur ki, 2017-ci ildə ölkədə makroiqtisadi dayanıqlıq yüksəlib, tədiyə balansı bərpa olunmağa başlayıb, cari əməliyyatların hesabı profisitə keçib. Bunların nəticəsi kimi valyuta ehtiyatları artıb, Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 35,8 milyard dollara çatıb.

Agentlik gözləyir ki, SOFAZ-ın aktivləri dayanıqlı neft qiymətləri və dövlət büdcəsinə transfertlərin məhdudlaşdırılması hesabına artmaqda davam edəcək.

Dövlət büdcəsinə gəldikdə isə, “Fitch” analitiklərinin fikrincə, 2017-ci ildə onun ÜDM-in 1,5 faizi həcmində kəsirini mülayim hesab etmək olar. Bu il Azərbaycan dövlət büdcəsinin profisitli olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti