...

İran Qəzvin-Rəşt dəmir yolunun işə düşəcəyi tarixi açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2018 13:12 (UTC +04:00)
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu gələn ay açılacaq.
İran Qəzvin-Rəşt dəmir yolunun işə düşəcəyi tarixi açıqladı

Bakı. Maksim Tsurkov, Xalid Kazımov - Trend:

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu gələn ay açılacaq.

Trend-in məlumatına görə, bunu “İran Dəmir Yolları” şirkəti rəhbərinin tikinti və inkişaf üzrə müavini Cabarəli Zəkəri deyib.

C.Zəkəri qeyd edib ki, bu sahədə relslərin qoyulması martın 20-dək başa çatacaq: “Artıq dəmir yolunun 165 kilometrlik hissəsi tikilib, qalan 12 kilometr həmin tarixədək hazır olacaq”.

Qeyd edək ki, “Qəzvin – Rəşt – Astara (İran) – Astara (Azərbaycan)” dəmir yolu Şimali Avropa ilə Şənub Şərqi Asiyanı, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsidir.

Birinci mərhələdə bu dəhlizlə ildə 6 milyon ton, daha sonra ildə 15-20 milyon ton yük göndərilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti