...

Elman Rüstəmov Azərbaycanda inflyasiyanın azalmasının SƏBƏBLƏRİ barədə

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2018 13:33 (UTC +04:00)
Antiinflyasiya pul siyasəti, pul kütləsinin optimal idarə olunması, eləcə də 2017-ci ilin ortasından manatın məzənnəsinin sabitləşdirilməsi inflyasiyanın birrəqəmli göstəricidə qalmasında vacib rol oynayıb
Elman Rüstəmov Azərbaycanda inflyasiyanın azalmasının SƏBƏBLƏRİ barədə

Bakı. Ənvər Məmmədov - Trend:

Antiinflyasiya pul siyasəti, pul kütləsinin optimal idarə olunması, eləcə də 2017-ci ilin ortalarından manatın məzənnəsinin sabitləşdirilməsi inflyasiyanın birrəqəmli göstəricidə qalmasında vacib rol oynayıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Bank sədri qeyd edib ki, proqnozlara əsasən inflyasiyanın azalması davam edəcək və 2018-ci ilin sonunadək inflyasiya planlaşdırılan həddə çatacaq.

Mərkəzi Bankın rəhbəri onu da vurğulayıb ki, fiziki şəxslər arasında və biznes sektorunda, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalması dinamikası daha aşağı inflyasiya proqnozlaşdırmağa əsas verir.

Xəbər lenti

Xəbər lenti