...

Ağsuda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2018 20:06 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağsuda sahibkarlar üçün treninq keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “Maliyyənin idarə edilməsi” mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti