Bakı. Trend:
Müəllimlər bizim uğurlarımızın əsas səbəbkarlarıdır. Ona görə tək bayram günlərində deyil, ilin hər günü onlar üçün xüsusi olmalıdır. Unibank bu gündən etibarən müəllimlər üçün kredit aksiyasına başlayıb.
Bankdan Trend-ə verilən məlumata görə, əmək haqqı kartının hansı bankda olmasından asılı olmayaraq, bütün təhsil işçiləri indi Unibankdan nağd istehlak kreditlərini komissiyasız götürə bilərlər. Üstəlik təhsil işçilərinə nağd kreditlər 3 ay güzəşt müddəti ilə verilir.
İndi Unibank-dan krediti götürmək üçün təhsil işçilərinin azı 10 səbəbi var:
komissiya 0%;
sığorta xərci yoxdur;
zamin tələbi yoxdur;
kreditin əsas borcunun ödənişinə 3 ay sonra başlamaq imkanı;
Pulsuz Albalı Plus kredit kartı;
20 000 AZN-dək kredit məbləği;
48 ayadək ödəniş müddəti;
cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;
sadə kredit proseduru;
kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.
Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq , 117 məlumat mərkəzinə zəng edərək , Unibank Mobile-dan , www.unibank.az saytından onlayn sifariş etməklə (http://go.unibank.az/2FcSiNh) və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial (Beş mərtəbə); 13 saylı filial (“İnşaatçılar”); 9 saylı filial (ASAN 1 Kommunal); “Gənclik” filialı; “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.
Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!