Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının növbəti iclası sentyabrda keçiriləcək.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə deyib.
Nazir qeyd edib ki, iclas çərçivəsində biznes-forum keçirilməsi də planlaşdırılır:
"Hökumətlərarası komissiyanın 5-ci iclası sentyabrda Serbiyada keçiriləcək".