...

Azərbaycan dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozları artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2018 18:09 (UTC +04:00)
Azərbaycan 2018-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozları artırmağı planlaşdırır
Azərbaycan dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozları artırır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan 2018-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozları artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisdə təqdim olunmuş “2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsində qeyd olunub.

Layihəyə əsasən, dövlət büdcəsinin gəlirlərinin 1 983 milyon manat artırılaraq (9,9 faiz) 22 110 milyon manatadək, xərclərinin 2 014 milyon manat artırılaraq (9,6 faiz) 23 061 milyon manatadək yüksəldilməsi planlaşdırılır. Dövlət büdcəsinin kəsiri 951 milyon manat (31 milyon manat artım) təşkil edəcək ki, bu da 2018-ci il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun 1,3 faizinə bərabər olacaq.

Bu il üçün icmal büdcəyə edilən düzəlişlərə əsasən, gəlirlər 28 086,8 milyon manat proqnozlaşdırılır. Bu, təsdiq olunmuş rəqəmdən 3 981,1 milyon manat və ya 16,5 faiz çoxdur. İcmal büdcənin xərcləri üzrə proqnoz 26 537 milyon manat təşkil edir. Bu isə təsdiq olunmuş rəqəmdən 1 600,2 milyon manat və ya 6,4 faiz çoxdur. Proqnozlara əsasən icmal büdcənin təsdiq olunmuş 831 milyon manatlıq kəsiri 1 549,8 milyon manat həcmində profisitlə əvəz olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti