Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 11-dən 10 faizə endirib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O qeyd edib ki, AMB, həmçinin faiz dəhlizinin yuxarı həddini 14-dən 12 faizədək azaldıb: "Faiz dəhlizinin aşağı həddi isə 8 faiz səviyyəsində saxlanılıb".
E.Rüstəmov əlavə edib ki, Mərkəzi Bank uçot dərəcəsini azaltmağı davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl, aprelin 9-da AMB uçot dərəcəsini 13 faizdən 11 faizə endirib.
Ümumilikdə ilin əvvəlindən artıq üçüncü dəfədir ki uçot dərəcəsi azaldılır. Belə ki, Mərkəzi Bank fevralda uçot dərəcəsini 15-dən 13 faizə endirmişdi.