...

Azərbaycan Mərkəzi Bankı həcmi 300 milyon manat olan notları hərraca çıxarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2018 10:10 (UTC +04:00)
İyunun 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının həcmi 300 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Azərbaycan Mərkəzi Bankı həcmi 300 milyon manat olan notları hərraca çıxarır

Bakı. Azad Həsənli - Trend:

İyunun 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının həcmi 300 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Trend-ə verilən məlumata görə, hərraca çıxarılan 3 milyona yaxın notların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar 2018-ci il iyulun 28-də ödəniləcək.

Qısamüddətli notlar pul kütləsinin dövriyyəsi üçün maliyyə-kredit siyasətinin əsas aləti sayılır. Notları ancaq banklar ala bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır - 1 rəqabətli və 1 qeyri-rəqabətli.

Qeyd edək ki, 2018-ci il iyunun 15-ə olan məlumata əsasən, USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti