...

Azər Türk Bank ikinci rübü mənfəətlə başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2018 18:51 (UTC +04:00)
Azər Türk Bankın 30 iyun 2018-ci il tarixinə aktivləri cari ilin birinci rübü ilə müqayisədə 8%-dək artaraq 313,7 milyon manat səviyyəsində olub.
Azər Türk Bank ikinci rübü mənfəətlə başa vurub

Bakı. Trend:

Azər Türk Bankın 30 iyun 2018-ci il tarixinə aktivləri cari ilin birinci rübü ilə müqayisədə 8%-dək artaraq 313,7 milyon manat səviyyəsində olub.

Bankın kredit portfelinin həcmi 14 faiz yüksələrək 133,2 milyon manat təşkil edib.

İkinci rübün sonuna Bank 352,7 min manat həcmində xalis mənfəət əldə edib.

Məcmu kapitalın həcmi 53,3 milyon manat olub. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 28 %, leverec əmsalı isə 15,8% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan təqribən üç dəfə çoxdur.

Hesabat dövrünün sonuna Bankın likvidlik əmsalı 103% səviyyəsində olub. Xatırladaq ki, bu göstərici üzrə norma 30% səviyyəsində müəyyən edilib.

Bank 159 milyon manat həcmində depozit cəlb edib ki, bunun da 79,3 milyon manatı əhalinin ikinci rüb ərzində 2,7 faiz artmış əmanətləridir.

Rüb ərzində Bankın müştərilərinin sayı 24% artaraq 35 660 nəfərə çatıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti