Bakı. İlkin Şəfiyev - Trend:
TRACECA hökumətlərarası komissiyasının daimi katibliyi və Mərkəzi Asiya regional iqtisadi əməkdaşlıq İnstitutu (CAREC) əməkdaşlıq barədə razılaşma imzalayıb.
Trend-in məlumatına görə, bu barədə anlaşma memorandumu Bakıda imzalanıb.
Sənədi TRACECA hökumətlərarası komissiyasının daimi katibliyinin Baş katibi Mirça Çopraqa və CAREC institutunun direktoru Bayara Sancasuren imzalayıb.