...

Ən çox təmassız POS-terminalı olan bank - AtaBank (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2018 20:08 (UTC +04:00)
Bakıda “Four seasons” otelində “MasterCard” beynəlxalq ödəniş sistemi tərəfindən konfrans keçirilib.
Ən çox təmassız POS-terminalı olan bank - AtaBank (FOTO)

Bakı. Trend:

Bakıda “Four seasons” otelində “MasterCard” beynəlxalq ödəniş sistemi tərəfindən konfrans keçirilib. 2018-ci ilin nəticələrinə görə “AtaBank” ASC “Təmassız POS-terminal sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi Diplomla təltif edilib.

“AtaBank”dan Trend-ə verilən məlumata görə, “MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri bankın bu istiqamətdə gələcəkdə daha böyük uğurlara nail olmasını arzu etmişdir.

Nominasiya ilə bağlı “AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin direktoru Oruc İbrahimov bildirib ki, “Keçən il, olduğu kimi bankımız cari ildə də bu nominasiya üzrə birinciliyi qoruyub saxlamağı bacarmışdır. AtaBank olaraq gələcəkdə də bu istiqamətdə daha böyük uğurlara imza atmağa çalışacağıq. AtaBank əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir”.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti