...

Dünya Bankı Azərbaycanda kreditləşdirmə üçün prioritet sahələri müəyyənləşdirib (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2018 20:00 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

Yaxın illərdə Azərbaycanda səhiyyə, bərk tullantıların idarə edilməsi, ali təhsil və kənd təsərrüfatı sahələri Dünya Bankının (DB) kreditləşdirməsi üçün ən yüksək prioritet sahələr hesab olunur. Bu barədə Trend-ə bankın Bakı Nümayəndəliyinin rəhbəri Navid Naqvi bildirib.

N.Naqvi DB ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın səviyyəsini qənaətbəxş hesab etdiyini bildirib və hazırda müxtəlif sahələrdə layihələrin hazırlandığını qeyd edib.

"Biz son vaxtlar milli strategiyaya dəstək olan bərk tullantıların idarə edilməsi layihəsini başa vurduq", - deyə missiya rəhbəri bildirib.

N.Naqvi həmçinin, bu istiqamətdə maliyyə qurumları ilə innovasiyaların tətbiqi və bu sahədə tərəfdaşlığı özündə ehtiva edən Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən və 2011-2021-ci illəri əhatə edən ölkədə Təhsilin İnkişafı üzrə Milli Strategiyanı xatırladıb.

Nümayəndəliyin rəhbəri qeyd edib ki, bank artıq təhsil sahəsində bir neçə tədqiqat işini başa çatdırıb. Ölkənin kənd təsərrüfatında risk idarəetmə sisteminin öyrənilməsi də aparılıb.

"Mən bilirəm ki, dövlət səhiyyə sektorunu transformasiya etməyi nəzərdə tutur, lakin bizim bu istiqamətdə hələ ki layihəmiz yoxdur. Layihənin hazırlanmasına başlamaq üçün hökumət kredit üçün banka müraciət etməlidir", - N.Naqvi deyib.

Qeyd edək ki, Azərbaycan Dünya Bankı qrupuna 1992-ci ildə qoşulub. Hazırda 1.5 milyard dollara yaxın məbləğdə 7 layihə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti