...

Boçarnikov: Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın inkişafı üzrə növbəti addım atıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2018 13:36 (UTC +04:00)
Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın inkişafı üzrə növbəti addım atıblar
Boçarnikov: Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın inkişafı üzrə növbəti addım atıblar

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın inkişafı üzrə növbəti addım atıblar.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında Trend-in Moskvada hökumətlərarası komissiyanın iclasının yekunları barədə sualını cavablandırarkən deyib.

Səfirin sözlərinə görə, hökumətlərarası komissiyanın iclasında gələcək illərdə reallaşdırılması nəzərdə tutulan məsələlər müzakirə olunub:

“İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya bizim ticari-iqtisadi əlaqələrimizin təşviqi üçün vacib vasitədir. Komissiyanın iclasında əvvəlcə ekspertlər səviyyəsində, daha sonra nazirlər səviyyəsində ticarət-iqtisadiyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Konkret tapşırıqlar qoyulub. Bu, həqiqətən də irəliyə doğru atılan addımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti