...

"Expressbank" aztəminatlı ailələrə bayram sevinci bəxş etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2019 11:09 (UTC +04:00)
"Expressbank" aztəminatlı ailələrə bayram sevinci bəxş etdi.
"Expressbank" aztəminatlı ailələrə bayram sevinci bəxş etdi

Bakı. Trend:

Milli birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibətilə Expressbank-ın əməkdaşları ənənəvi aksiya keçirdib.

İki gün ərzində həyata keçirilən aksiyada bankın əməkdaşları Bakı və ətraf qəsəbələrdə yaşayan 40 aztəminatlı ailənin evinə bayram sovqatı çatdırıb. Aksiyada əsas məqsəd aztəminatlı ailələrin bayram əhvali-ruhiyyəsini daha da yüksəltmək idi.

İnsanların bir-birinə yardım edərək bayram sevinci yaşatması ənənəsini davam etdirmək niyyətində olan "Expressbank" Korporativ Sosial Məsuliyyət çərçivəsində bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyi hədəfləyib.

Aksiyadan hazırlanan kiçik çarxı növbəti linkə keçid alaraq izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=CRgv65qAqSk

Məqalədə:
Xəbər lenti

Xəbər lenti