Bakı. Mətanət Nəsibova - Trend:
Bu günədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 35 min sahibkara 2,3 milyard manat məbləğində güzəştli kreditlər verilib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov brifinq zamanı deyib.
Nazir müavini bildirib ki, Bu kreditlər ümümi dəyəri 5,1 milyard manat olan layihələrin reallaşdırılmasına yönəlib.
S.Məmmədov əlavə edib ki, bu gün ölkədə sahibkarlığın dəstəklənməsi üçün möhkəm baza yaradılıb və bu, dövlət sektorunun dəstəyi ilə daha da gücləndirilib.