...

Azərbaycanda qadın sahibkarlara verilmiş güzəştli kreditlərin həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2019 13:15 (UTC +04:00)
Azərbaycanda qadın sahibkarlığının payı ümumi sahibkarlığın 20 faizini təşkil edir.
Azərbaycanda qadın sahibkarlara verilmiş güzəştli kreditlərin həcmi açıqlanıb

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanda qadın sahibkarlığının payı ümumi sahibkarlığın 20 faizini təşkil edir.

Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən Qadın Sosial Sahibkarlıq Forumunda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

Nazir müavini bildirib ki, hazırda Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 4200-dən çox qadın sahibkara 109,1 milyon manatdan çox güzəştli kredit verilib.

Nazir müavini əlavə edib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir və qadın sahibkarlığı bu gün ölkədə böyük dəstək alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti