...

Orxan Məmmədov: KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2020 11:09 (UTC +04:00)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) futbol üzrə 2020-ci il Avropa çempionatında sahibkarlara dəstək göstərəcək
Orxan Məmmədov: KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək

Bakı. Eldar Canaşvili - Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) futbol üzrə 2020-ci il Avropa çempionatında sahibkarlara dəstək göstərəcək.

Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Avro 2020: KOB üçün perspektivlər” adlı tədbir zamanı deyib.

O bildirib ki, turnirin keçirildiyi müddətdə turizm sahəsi aktiv fəaliyyət göstərəcək və bununla əlaqədar olaraq kiçik və orta biznesin bu istiqamətdə fəaliyyətini genişləndirmək lazımdır:

“Bizə qonşu Türkiyədən, eləcə də İsveçrə və Uelsdən qonaqlar gələcək. Bütün dünya Türkiyə azarkeşlərini tanyır. Uelslilər də britaniyalı olduqları üçün öz fanatizmləri ilə məşhurdur. Onların sayının çox olacağı gözlənilir. İsveçrə də öz azarkeşləri ilə tanınır”.

O.Məmmədov bildirib ki, bu yarış çərçivəsində AFFA UEFA ilə birgə fan-zona açacaq. O əlavə edib ki, bu fan-zonalar oyunların keçirilməsindən bir neçə gün əvvəl fəaliyyətə başlayacaq və mövsümün sonunadək fəaliyyət göstərəcək, KOBİA öz növbəsində kiçik və orta biznesin bu istiqamətdə zəruri dəstəyini təmin edəcək:

“Matçların keçiriləcəyi Bakı Olimpiya Stadionunun özündə kiçik və orta biznes təmsilçilərinin daimi fəaliyyəti üçün bütün şərait yaradılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti