...

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2020 14:19 (UTC +04:00)
Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 3,852 milyard dollar olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-sentyabr ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 5,6 faizə bərabər olub.

Sentyabr ayında Türkiyənin həmin ölkələrə ixracı 2019-cu ilin sentyabrı ilə müqayisədə 24,3 faiz artaraq 590,297 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16 faiz azalaraq 2,095 milyard dollar təşkil edib.

Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-iyul ayları üzrə ümumi idxalında türkdilli ölkələrin payı 1,3 faizə bərabər olub.

Sentyabr ayında Türkiyənin həmin ölkələrdən idxalı 2019-cu ilin iyulu ilə müqayisədə 12,6 faiz azalaraq 241,068 milyon dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti