...

Azərbaycanın şimal-qərb rayonlarında tütün yığımı başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2020 20:32 (UTC +04:00)
Azərbaycanın şimal-qərb rayonlarında tütün yığımı başa çatıb

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycanın şimal-qərb rayonlarında "Azərtütün ASK" MMC-yə məxsus tütün sahələrində tütün yarpağının yığımı başa çatıb.

Trend bu barədə Azərbaycan Sənaye Korporasiyasına istinadən məlumat verir.

Məlumata əsasən, mövsüm ərzində Balakən, Zaqatala, Qax və Şəki rayonlarındakı tütün istehsalı və emalı məntəqələrində fermerlə 14 773 ton yaşıl tütün əldə edib. İl ərzində emal məntəqələrində 2 308 ton quru tütün istehsal edilib və anbarlara yığılıb:

"Mövsüm ərzində bu rayonlardakı emal məntəqələrində tütün qurudulması üçün 262 kamera işləyib. Bu kameraların üstünlüyü ondadır ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa gətirilir və qurudulma kameralarına yığılır. Tütün istehsalçıları yaşıl tütün yarpaqlarının kəsilməsi kimi zəhmətli işdən azad olur. Hər kameraya eyni anda 8 ton yaşıl tütün kütləsi yığmaq olar. Tütünün qurudulması prosesi 7-8 gün tələb edir. Bu prosesin başa çatmasından sonra quru tütün qablaşdırılır və emal üçün zavoda göndərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti