...

"ABB Invest" Bakı Fond Birjasının listinq məsləhət proqramına qoşulub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2021 10:36 (UTC +04:00)
"ABB Invest" Bakı Fond Birjasının listinq məsləhət proqramına qoşulub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev - Trend:

"ABB Invest" şirkəti Bakı Fond Birjasının (BFB) listinq məsləhət proqramına qoşulub.

Trend-in məlumatına görə, bununla əlaqədar BFB-də "ABB Invest"lə memorandum imzalanıb.

Şirkətin direktoru Nadir Babazadə bildirib ki, BFB qiymətli kağızlarn buraxılışı və bu sahədə "ABB Invest"ə dəstək məqsədilə listinq məsləhət proqramını təqdim edib:

"Hazırda proqramın tərəfdaş şirkətləri maliyyə, audit, konsaltinq, hüquq, informasiya texnologiyaları, KİV və tədris sahələrində fəaliyyət göstərir. Bundan başqa, proqram qiymətli kağızların buraxılışına hazırlaşan şirkətlərə güzəştli şərtlərlə məsləhət xidmətləri təqdim edir".

Memorandum BFB-nin İdarə heyətinin sədri Eldar Abdullayevlə "ABB Invest" şirkətinin direktoru Nadir Babazadə arasında imzalanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti