...

"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2021 00:25 (UTC +04:00)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını artırıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin ikinci rübündə "Anglo Asian Mining" şirkətinin Azərbaycanda qızıl hasilatı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 12 342 unsiya təşkil edib.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə mis hasilatı 695 ton (7,25 faiz artım), gümüş hasilatı 43 566 unsiya (45 faiz artım) təşkil edib.

2021-ci ilin ikinci rübündə şirkətin qızıl külçə satışından gəlirləri 25 milyon dolları ötüb.

İyunun 30-a olan vəziyyətə görə, "Anglo Asian Mining" şirkətinin ehtiyatları 36,6 milyon dollar həcmində qiymətləndirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti