...

Kobmarket.az onlayn alış-veriş platforması tərəfindən yeni kampaniya

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2021 10:04 (UTC +04:00)
Kobmarket.az onlayn alış-veriş platforması tərəfindən yeni kampaniya

Bakı. Trend:

Sentyabrın 6-dan etibarən www.kobmarket.az portal üzərindən alınan bütün məhsulların Bakı şəhəri üzrə çatdırılması pulsuz həyata keçiriləcək. Kampaniya oktyabrın 6-dək davam edəcəkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, hazırda www.kobmarket.az portalında 80-ə yaxın onlayn mağaza fəaliyyət göstərir. Portala qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikinti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və s. kimi 1100-dən çox məhsul yerləşdirilib.

Qeyd edək ki, sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının onlayn satış imkanlarının genişləndirilməsi üçün KOBİA-nın dəstəyi ilə yaradılmış www.kobmarket.az ticarət platformasına qoşulmaq istəyən sahibkarlar portalda qeydiyyatdan keçməklə onlayn mağazalarını yarada və satış imkanlarını artıra bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti