...

Türkiyə şirkəti Bakı limanı ilə əməkdaşlıq qurmaq niyyətindədir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2021 16:48 (UTC +04:00)
Türkiyə şirkəti Bakı limanı ilə əməkdaşlıq qurmaq niyyətindədir (FOTO)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Türkiyənin “Albayrak Holdinq” şirkəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıq qurmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Əhməd Albayrak limanın baş direktoru Taleh Ziyadovla görüşü zamanı deyib.

O bildirib ki, Bakı Limanının yerləşmə mövqeyi, texniki imkanları və əldə etdiyi nailiyyətləri gələcək əməkdaşlıq üçün müsbət zəmin formalaşdırır.

T.Ziyadov öz növbəsində bildirib ki, Bakı Limanında 2022-ci ilin sonuna kimi gübrə terminalının da istismara verilməsi planlaşdırılır: "İllik yükaşırma gücü 2,5 milyon ton olacaq bu terminal sayəsində Mərkəzi Asiyadan qərb ölkələrinə ixrac edilən böyük həcmdə gübrənin məhz Azərbaycandan tranzit keçməklə daşınması təmin ediləcək".

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti