...

BTQ ilə daşınan konteynerlərin sayı 80 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2021 13:27 (UTC +04:00)
BTQ ilə daşınan konteynerlərin sayı 80 faizdən çox artıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz çox konteyner daşınıb.

"ADY Container"dən Trend-ə verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində BTQ ilə ümumilikdə 17 635 konteyner daşınıb. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 9 598 TEU olub.

BTQ dəmiyolu xətti ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin – Türkiyə, Orta Asiya – Türkiyə və əks istiqamətlərdə daşınıb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti