...

Türkiyə Azərbaycandakı layihələrə bundan sonra da sərmayə qoymağa hazırdır - İnvestisiyalar idarəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2021 11:18 (UTC +04:00)
Türkiyə Azərbaycandakı layihələrə bundan sonra da sərmayə qoymağa hazırdır - İnvestisiyalar idarəsinin rəhbəri

Bakı. Sədrəddin Ağcayev - Trend:

Türkiyə bundan sonra da Azərbaycandakı layihələrə, xüsusilə də Qarabağda bərpa işlərinə investisiya qoymağa hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyası nəzdində İnvestisiyalar idarəsinin rəhbəri Əhməd Burak Dağlıoğlu çərşənbə günü İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, birbaşa xarici investisiyalar ölkə iqtisadiyyatının inkişafına xidmət edir:

"Biz 2003-cü ildən trans-sərhəd layihələrini dəstəkləyirik. Bu dövrdən başlayaraq investisiyalarımız 3 milyard dolları ötüb, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin payı 50 faizdən çox təşkil edib. Hesab edirik ki, İƏT ölkələrinin potensialı indikindən daha yüksəkdir. Biz bu ölkələr arasında investisiyaları təşviq etməliyik".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti