...

Azərbaycanda kiçik və orta sahibkarlığın nağdsız həllərə çıxış imkanları var - Orxan Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2021 11:22 (UTC +04:00)
Azərbaycanda kiçik və orta sahibkarlığın nağdsız həllərə çıxış imkanları var -  Orxan Məmmədov

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bu gün Azərbaycanda kiçik və orta sahibkarlığın nağdsız həllərə və maliyyə texnologiyalarına geniş çıxış imkanları var.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

"Ümumilikdə biz Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafını görürük. Bu cür iqtisadiyyat üçün zəruri infrastrukturun yaradılması vacibdir. Bundan başqa, kiçik və orta biznes üçün nağdsız ödənişlərin və böyük qayıdış proqramı çərçivəsində əhalinin azad edilmiş ərazilərdə gələcəyinin təbliğatı ilə bağlı işlər aparılır. Hesab edirəm ki, texnologiyaların kiçik və orta biznesə inteqrasiyası ölkənin və iqtisadiyyatın rəqəmsallaşmasına xidmət edir", - deyə agentlik sədri bildirib.

O.Məmmədov qeyd edib ki, agentlik startap ekosistemi üçün startap sertifikatları verir. Bu, startapları mənfəət vergisindən azad edir və bu sektorun inkişafı üçün stimul yaradır.

"Rayonlardakı mərkəzlərimiz mikro-sahibkarların müraciətlərini qəbul edir və biz onlara 20 min manatadək məbləğdə maliyyə yardımı göstəririk", - O.Məmmədov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti