...

Daha çox Niderland şirkəti Azərbaycanda biznes qurmaqda maraqlıdır - Səfirlik

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2022 13:22 (UTC +04:00)
Daha çox Niderland şirkəti Azərbaycanda biznes qurmaqda maraqlıdır - Səfirlik

Bakı. Trend:

Daha çox Niderland şirkəti Azərbaycanda biznes qurmaqda maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə Niderlandın Azərbaycandakı səfirliyindən bildirilib.

Qyd olunub ki, Niderland ərzaq məhsullarının ixracına görə dünyada ikinci yeri tutur və dünyanın ən inkişaf etmiş kənd təsərrüfatı sektoruna malikdir. Bu amil Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində kənd təsərrüfatının prioritet sahələrdən biri olması baxımından maraq kəsb edir:

"Hər il olduğu kimi, bu il də Səfirlik Niderlandın bir çox kənd təsərrüfatı şirkətlərinin təmsil olunduğu Niderland Pavilyonu vasitəsilə “Caspian Agro” sərgisində iştirak edir. COVID-19 pandemiyasından əvvəl bu mühüm sərgidə Hollandiyanın rekord sayda, yəni iyirmiyə yaxın aqrobiznes şirkəti təmsil olunurdu. Pandemiyanın yaratdığı qlobal iqtisadi zəifləmə ilə əlaqədar olaraq son 2 ildə Hollandiya şirkətlərinin Azərbaycanda həyata keçirdikləri bir sıra fəaliyyətlərdə azalma qeydə alınmışdır. Hazırda isə xoşbəxtlikdən şirkətlər get-gedə öz fəaliyyətlərini artırır və yeni-yeni şirkətlər Azərbaycanda biznes qurmaqda maraqlı olduqlarını bildirirlər.

Niderland su üzərində qurulmuşdur; buna görə də bizim su sektorunda çoxəsrlik təcrübəmiz var. Azərbaycan hökuməti tərəfindən ölkədə su ilə bağlı problemlərin olduğu bəyan edildiyindən, Niderland şirkətləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə mövcud problemlərin həlli yolları axtarırlar. “Deltares”, “Witteveen & Bos” və “Royal Haskoning” şirkətləri artıq Azərbaycanda uzunmüddətli iş təcrübəsinə malikdirlər".

Səfirlik bildirir ki, pandemiyaya baxmayaraq, müəyyən layihələr həyata keçirilib:

"Keçən il “Port of Baku” və regionda aparıcı logistika şirkətlərindən biri olan “Dutch Cabooter Group” arasında Anlaşma Memorandumu imzalanmış və (Hollandiyanın Fontys Universiteti və Guilde İnstitutu ilə sıx əməkdaşlıq şəraitində) “Port Baku” şirkətinin əməkdaşları üçün təlim proqramına start verilib. Azərbaycan hökumətinin müraciəti əsasında daha bir Niderland şirkəti, “Signify” Bakıda və bəzi rayonlarda dayanıqlı işıqlandırma ilə əlaqədar mühüm layihələr həyata keçirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti