Bakı. Trend:
2022-ci ildə Bakıda keçiriləcək kənd təsərrüfatı sərgilərində 24 ölkədən 449 şirkət iştirak edəcək.
Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli "Caspian Agro" 15-ci beynəlxalq kənd təsərrüfatı sərgisinin və "IntelFood Azerbaijan" 27-ci beynəlxalq sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki sərginin keçirilməsi üçün ümumilikdə 15 min hektardan çox sahə ayrılıb.
"2022-ci ildə Bakıda keçiriləcək kənd təsərrüfatı sərgilərində 24 ölkədən 449 şirkət iştirak edəcək ki, bu da pandemiyaya qədərki göstəricini əhəmiyyətli şəkildə üstələyir", - deyə o bildirib.
Nazirlik nümayəndəsi əlavə edib ki, bu sərgilər çərçivəsində Azərbaycan və xarici dövlət strukturlarının nümayəndələri arasında danışıqlar keçiriləcək və bu kənd təsərrüfatının inkişafının sürətlənməsi üçün əlavə stimul olacaq.
(Tərcümə: Orxan Nəbiyev)